|
2009-07-10
Qələbələr və mükafatlar
Təhsil naziri Azərbaycan komandasını mükafatlandırdı
|
Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar. Hər il Hewlett Packard şirkəti tərəfindən təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir. Final görüşü Avqustun 16-20-si Braziliyanın San Paolo şəhərində keçiriləcək. Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyində 10 İyuldа keçirilən mərasimdə finalçı gənclər, nazir Misir Mərdanov tərəfindən sertifikatlarla təltif olunmuşlar. Mərasimdə StatoilHydro Azərbaycan, USAİD, Chevron Xəzər və digər şirkətlərin nümayəndələri iştirak etmişlər.
JA Azərbaycan təşkilatı 2000-ci ildən etibarən yüzlərlə Azərbaycan məktəblilərinin milli və beynəlxalq biznes yarışlarında iştiraklarına imkan yaratmışdır. HP Qlobal Biznes Yarışı kompüter proqramı əsasında keçirilir. Bu proqram vasitəsilə məktəbli və tələbə iştirakçılar virtual istehsal müəssisələrinin baş icraçı rəhbəri rolunu ifadə edərək, yüksək göstəricilər üzrə mübarizə aparırlar. İştirakçı komandalar şirkətlərinin mənfəətli və davamlı olduğunu əks etdirən qərarlar qəbul edir, mənfəət, satış və bazar payı göstəricilərində rəqiblərini üstələməyə çalışırlar. Komandalar qiymət təyin edir, istehsalın həcmini və kapital qoyuluşunu müəyyən edir, marketinq, xeyriyyəçilik və elmi-tədqiqat işləri üçün büdcə planlaşdırır. Fevral ayında başlanan bu ilin yarışına dünya üzrə 300 komanda qoşulmuşdur. İlkin iki mərhələnin nəticəsi olaraq Azərbaycan, Çin, Rusiya, Polşa və Qazaxstanı təmsil edən səkkiz komanda 2009-cu ilin HPGBC yarışının qalibini müəyyən edəcək final mərhələyə vəsiqə əldə ediblər.
Junior Achievement proqramlarının iştirakçısı olan Azərbaycan məktəbliləri HPGBC yarışında 2005-ci ildən uğurla iştirak edirlər: 2005-ci il – dünya üzrə 8-ci yer, 2006-cı il – 3-cü yer, 2007-ci il – 1-ci yer, 2008-ci il – 6-cı yer.
Baş qərargahı Norveçdə yerləşən StatoilHydro şirkəti 30 illik təcrübəsi sayəsində ən çətin şəraitlərdə müxtəlif layihələr həyata keçirir. 1992-ci ildə Statoil şirkəti Azərbaycanda fəaliyyətə başladı və hazırda ölkənin ikinci ən iri xarici investoru olaraq, neft və təbii qaz ixrac edən Bakı-Tbilisi-Ceyhan (BTC), Azəri-Çiraq-Günəşli (AÇG), Şah Dəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində tərəfdaş qismində iştirak edir. StatoilHydro şirkətinin məqsədi uzunmüddətli inkişafı dəstəkləmək, müxtəlif enerji və iqlim xüsusiyyətlərinə cavab verən layihələrin idarəsini və yeni texnologiyaların inkişafını davam etdirməkdir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 1961-ci ilin 3 Noyabrında ABŞ Prezidenti Con F. Kennedi tərəfindən təsis edilmişdir. Uzunmüddətli iqtisadi və social inkişafa yönəldilən yardıma xüsusi əhəmiyyət verən USAİD bu sahədə ABŞ-ın ilk yardım təşkilatıdır. Azərbaycan müstəqillik qazandığı dövrdən respublikanın müəssisələrinə və insanların yaşayışlarına müsbət və müddətli dəyişikliklər gətirmək naminə USAİD 300 milyona yaxın ABŞ dolları həcmində maliyyə və texniki yardım göstərmişdir. Mövcud qanunların təkmilləşməsi, insan və siyasi haqqların inkişafı, vətəndaşların cəlb olunması, iş yerlərin artırılması, gəlirlərin yüksəlməsi və Azərbaycan xalqının sağlamlığı və maddi rifahının yaxşılaşması naminə USAİD təşkilatı Amerika xalqı adından nazirlik, dövlət qurumları, qeyri-hökumət təşkilatları, biznes şirkətləri və müxtəlif icmalarla əməkdaşlıq edir,
Chevron dünyanın ən iri enerji şirkətlərindən biridir. Baş qərargahı ABŞ-ın Kaliforniya ştatının San Ramon şəhərində yerləşən Chevron şirkəti dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkətin fəaliyyətinə neft və qaz istehsalının hər mərhələsi daxildir, o cümlədən, neft və qaz yataqlarının tədqiqatı, istehsalı və emalı, marketinq və daşımalar, kimyəvi maddələrin istehsalı və satışı, qeotermik və elektrik enerjinin istehsalı. Chevron həmçinin, alternativ enerji mənbələrinin tədqiqatına və müasir texnologiyalara sərmayə yatırır. Azərbaycanda Chevron şirkəti 1997-ci ildə fəaliyyətə başlamışdır və tədricən inkişaf edərək, 2005-ci ildə Unocal şirkəti ilə birləşmişdir. Həmin ildə Chevron, Azəri-Çıraq-Günəşli layihəsinin Xəzər dənizində neft ehtiyatlarının tədqiqatı və emalı ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində Unocal-ın payını öz üzərinə götürmüşdür. Azərbaycanda Chevron şirkəti strateji aktivlərə və milli iqtisadiyyatla sıx bağlantıya malikdir.
Junior Achievement Azərbaycan biznes təhsili sahəsində dünyanın ən iri mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir. Ümumdünya JA Təşkilatının missiyası dünya iqtisadiyyatında uğur qazanmaq üçün gəncləri ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə yarandığı tarixdən bu günə kimi JA dünyada gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verir. Hazırda JA yerli təmsilçilər vasitəsilə dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan ictimai və fərdi donorların dəstəyilə ötən illər ərzində ölkənin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.

