Yeyinti sənayesi
Ərzaq buğdasının və unun keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirilir
|
2010-05-21
Yeni məhsul və layihələr
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti məqsədilə ərzaq buğdası idxalı və un istehsalı ilə məşğul olan iri taxılçılıq subyektlərinin anbarlarında olan buğda və undan nümunələr götürülmüş, Dövlət Xidmətində laborator müayinədən keçirilmişdir.
|
Laborator müayinələr nəticəsində götürülmüş nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara çörək və digər taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı məsələlərlə Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə müraciət etməyi tövsiyə edir.

