Food Industry
13,6 ton saxlama müddəti ötmüş peçenye və qalet məhv edilmişdir
|
2010-06-02
State regulation
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar “Elvan” əmtəə nişanlı peçenye və qaletlərin satışının dayandırılması barədə “Elvan İrmak Qida Məhsulları” MMC-yə icrası məcburi göstəriş verilmişdi.
|
Artıq saxlama müddəti ötdüyü üçün 13,6 ton “Elvan” əmtəə nişanlı peçenye və qaletlər qanunvericilikdə müəyyən edilmiş qaydada satışdan çıxarılaraq məhv edilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

