|
2010-06-09
Yeni məhsul və layihələr
“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyən eilmişdir. Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında 810 iddiaçı layihədən 89 nominant seçilmişdir.
|
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, müsabiqənin beş nominasiyası üzrə qaliblər həmin 89 nominant sırasından seçiləcəkdir.
2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 29, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə – 15, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 28 layihə qalib gəlməyə iddiaçıdır.
“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 10, “müəllimlərin bloqları” arasında isə - 7 layihə nominantdır.
