|
2010-06-22
Qələbələr və mükafatlar
21 iyunda Bakı şəhərinin “Park İnn” mehmanxanasında “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilmişdir.
|
Mərasimdə Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan olunmuşdur.
2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdu. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunmuşdur.
“Təhsildə İnternet texnologiyalar” istiqaməti üzrə qaliblər “təhsildə İnternet resursları” və “müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunmuşdur.
İki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti həyata keçirilmişdir.
Ümumiyyətlə müsabiqədə 810 layihə iştirak etmiş, onlar arasından 89 nominant seçilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə beş nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar və digər xüsusi mükafatlar təqdim olunmuşdur.
“ELEKTRON TƏHSİL” respublika müsabiqəsinin qalibləri
“Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası
- Rzayeva Sevinc Əmir – Heydər Əliyev adına MTK (Simmetriya anlayışı)
- Allahverdi Hidayet Fehruz – Cəbrayıl Qurbani adına məktəb (Saitlerin novleri2)
- Günel Bayramova – Heydər Əliyev adına MTK (Learn to describe)
Məmmədov Elyar Namiq - 3 №li Sumqayıt Peşə Liseyi (Fərdi kompüter)
“İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası
- Mustafazadə Nigar – 23 nömrəli (Volshebniy Mir)
- Mülkü Babaxanov – Qusar İnternat məktəbi (Nitq hissələri-oyun)
- Məmmədova Natavan – Bakı Avropa Liseyi ("cislo7 " 1 klass matematika)
İsmayılova Elnurə - Heydər Əliyev adına MTK (Felin tədrisi)
“İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası
- Mülkü Babaxanov – Qusar İnternat məktəbi (Musiqi aləmi)
- Almaz İsrail qızı Həsrət – 204 nömrəli (Biologiya və Ekologiyanın tədrisinin ən müasir üsulu)
Hamlet Əliyev – Ucar 2 saylı (Karusel)
3. Əliyeva Səmagül Əsgər – 102 nömrəli (Qazın sədaqət dərsi)
“Müəllimlərin bloqları” nominasiyası
- Duniyev Dadaşbala Ağayar oğlu - Masallı rayon Ərkivan qəsəbə 4 saylı orta məktəb (Onlayn riyaziyyat jurnal)
- Bağırova Mənzər Əhməd qızı – BKK (Riyaziyyat və informatika)
- Bahar İsmayılova - Zaqatala AMİ (Əməkdaşlıqla zirvəyə doğru)
“Təhsildə İnternet texnologiyaları” nominasiyası
- Hacıyev Elvin Hacıniyaz oğlu - Xaricidil.net
- Almaz Həsrət – almazhasret.com
Cavid Mustafayev – resurs.az
3. Əsgərov Ceyhun – Dünya şəhərləri haqqında
Quliyev Sənan Vidadı oğlu - A-dan Z-ə hər Nəsnə

