Təhsil və treninqlər
Prezident təhsil kurslarının qaliblərinin mükafatlandırılması haqqında sərəncamlar imzalayıb
|
2010-07-06
Yeni məhsul və layihələr
Azərbaycan Prezidenti İlham Əliyev 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
|
Sənədə əsasən, 50 ümumtəhsil məktəb hər biri 10000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.
Həmçinin dövlət başçısı 2009/2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müsabiqənin qalibləri, cəmi 100 müəllimə 5000 manat məbləğində birdəfəlik pul mükafatı təqdim olunacaq.

