Press-release.az :: Education

JA Azərbaycan Təşkilatı MetLife Fondu tərəfindən qranta layiq görülmüşdür
07-31 18:07

 MetLife Fondu Junior Achievement Azərbaycan təşkilatına JA Tətbiqi İqtisadiyyat proqramının Azərbaycan dilinə tərcüməsi və adaptasiyası üçün maliyyə yardımı ayırmışdır. Proqram orta məktəb şagirdlərinə əsas iqtisadi anlayışlar, onların dünya bazarlardakı rolu, dövlətin bazar iqtisadiyyatında daşıdığı  rol, iqtisadi prinsiplərin biznes qərarlarındakı rolu haqqında ətraflı məlumat verir. MetLife Fondu JA Tətbiqi İqtisadiyyat proqramının inkişafı və həyata keçirilməsi üçün əsas maliyyə yardımı ilə təmin edir.

           Bu il MetLife Fondunun ayırdığı qrantı dörd ölkədə fəaliyyət göstərən təşkilat almışdır. JA Azərbaycan təşkilatı ilə yanaşı qranta layiq görülən digər üç təşkilat Junior Achievement Kolumbiya, Junior Achievement Meksika və Junior Achievement Makedoniya olmuşdur.

Junior Achievement Azərbaycan təşkilatının ölkə üzrə icraçı direktoru Vüsal Xanlarov çıxışı zamanı qeyd etmişdir ki, “JA Tətbiqi İqtisadiyyat” proqramı təcrübi vasitələrdən istifadə edərək şagirdlərə mürəkkəb mövzuların qavranılmasında, onların daha rahat anlaşılmasında yardımcı olur. Junior Achievement təşkilatının bu kimi proqramları şagirdləri işgüzar mühitdə daha effektiv mübarizə aparmağa və eyni zamanda beynəlxaq bazarda uğurla iştirak etmək üçün hazırlayır.”

MetLife Fondunun prezidenti Dennis White çıxışı zamanı JA Azərbaycan təşkilatının gənclər üçün həyata keçirdiyi maliyyə savadı, işə hazırlıq bacarıqları və sahibkarlıq ətrafında olan öhdəliklərini bölüşdüyünü vurğuladı. “Biz JA Azərbaycan təşkilatının gənclərin dünya bazarında müvəffəqiyyətli olmağa hazırlayan “JA Tətbiqi İqtisadiyyat” proqramının tərcüməsi və adaptasiyası üçün maliyyə ayırmaqdan məmnunuq.”

Ümumdünya JA Təşkilatı haqqında

Junior Achievement şagirdləri dünya iqtisadiyyatında müvəffəqiyyətli olmağa həvəsləndirən və hazırlayan dünyanın ən böyük təşkilatlarından biridir. Sahib olduğu könüllü şəbəkəsi ilə JA şagirdlər üçün əsas üç istiqamətdə fəaliyyət göstərən məktəbdə və məktəbdən kənar proqramlar təşkil edir: işə-hazırlıq, sahibkarlıq və maliyyə savadı.

MetLife Fondu haqqında

MetLife Fondu 1976-cı ildə özünün uzun müddət davam edən ənənəvi korporativ ianələri və cəmiyyətdəki iştirakını dəstəkləmək üçün MetLife şirkəti tərəfindən yaradılmışdır. Fond sağlamlıq, təhsil, ictimai və mədəni proqramları dəstəkləyir və maliyyə yardımı ayırır. Fond JA proqramlarını 1979 cu ildən bəri dəstəkləyir. Fond “JA Tətbiqi İqtisadiyyat” proqramına maliyyə dəstəyi ayırmaqla yanaşı, həmçinin səkkiz JA üzvünü proqram və fəaliyyətdə yenilik və üstünlük prinsiplərinə görə təltif edən JA üçün sahibaklıq adlı mükafata da sponsorluq edib. Ətraflı məlumat üçün: www.metlife.org



Using of materials the reference to the site is not obligatory.
Copyright © 2006, Press-release.az