Press-release.az :: Education

Biznes şirkətləri Junior Achievement təşkilatı vasitəsilə məktəblilərə iş təcrübəsi əldə etmək üçün imkanlar yaradır
08-14 16:10

Layihə StatoilHydro, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Chevron, Baker & McKenzie, Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi və Bakcell şirkətləri tərəfindən maliyyələşdirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramının tərkib hissəsidir. JA İşə Hazırlıq proqramı JA proqramlarının ən müvəffəqiyyətli məzunlarını iş təcrübəsi ilə təmin edir, onlara işə hazırlıq bacarıqlarını tədris edir və gələcək karyeralarını dəyərləndirməyə imkan verir.

2009-cu ilin proqramı çərçivəsində 11 məktəbli StatoilHydro Azərbaycan, KCA Deutag, McDermott Caspian Contractors, Deloitte & Touche və Access Bank-da təcrübə keçmək imkanı əldə etdi. Şirkətlərin işçilərinin müşahidəsi ilə şagirdlər şəxsi-dəyərləndirmə aparır, şöbələrdə gedən işlər haqqında öyrənir, işçilərin vəzifə öhdəlikləri və işə götürənin gözləntiləri barəsində məlumat alırlar.

StatoilHydro şirkətinin ictimai məsuliyyət üzrə məsul işçisi, Şeyda Mehdiyeva qeyd edir ki, “JA İşə Hazırlıq Proqramı şirkətlər üçün şagirdlərin qazandıqları karyera istiqamətli məsləhətlər ilə öz bacarıqlarını və biliklərini yerinə yetirməkdə ruhlandıran çox yaxşı imkandır.” Şeyda xanım, JA Azərbaycan təşkilatının layihələrində iştirak edən şagirdlərin peşəkar işə daha hazırlıqlı olduğlarını qeyd edir. “Bu, ofisdə çalışan həm şagirdlər və həm də onları istiqamətləndirən təlimçilər üçün ən yaxşı təcrübədir”.

Proqramın nəticəsi olaraq, şagirdlər keçdikləri təcrübə proqramı ilə bağlı şəxsi fəaliyyət planı hazırlayacaqlar.


Using of materials the reference to the site is not obligatory.
Copyright © 2006, Press-release.az